
Riyaziyyat İnformatika Müəllimi
NAİLİYYƏTLƏRİMİZ
DİM-YÖS İMTAHANLARINDA UĞUR ƏLDƏ EDƏN TƏLƏBƏLƏRİMİZ
![]() | ![]() | ![]() |
---|


HAQQIMDA
Quliyev Araz kimdir?
Mən 24 mart 1988-ci ildə Naxçıvan Muxtar Respublikasının Culfa şəhərində anadan olmuşam.Orta məktəbi zamanının sayılıb seçilən məktəblərindən olan Naxçıvan Türk Liseyində bitirmişəm.Müəllimliyə və riyaziyyata olan marağımdan ötrü Naxçıvan Dövlət Üniversitetinin Riyaziyyat-İnformatika ixtisasını seçmişəm və oranı bitirmişəm.Magistratura təhsilimi də elə bu üniversitetdə almışam.İnformasiya texnologiyaları üzrə magistratura dərəcəsinə sahibəm.
2010-2014 illəri arasında Naxçıvan Türk Liseyində riyaziyyat və informatika müəllimi kimi çalışmışam.2017-2018-ci dərs ilində Gülüstan kənd Tam Orta Məktəbində informatika müəllimi kimi çalışmışam .Həmçinin 2015-2019 illəri arasında repetitor kimi fəaliyyət göstərmişəm.Türkiyənin bir çox üniversitetində təhsil alan tələbələrimin haqlı qürurunu yaşayıram.
İngilis dilini "upper intermediate" səviyyəsində öyrənmişəm.Riyaziyyatı ingilis dilində tədris edə bilirəm.
